adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
08 Avqust 2017 21:22
6495
MƏMLƏKƏT
A- A+

Buğda və çəltik əkininə görə bir sıra bölgələrə yardım ayırılıb

23 rayon (şəhər) üzrə 115904 istehsalçıya 288102,02 hektar əkin sahəsinin və çoxillik əkmələrin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkininə görə 18953311,4 manat məbləğində yardım ayrılması barədə qərar qəbul edilib.

Bu barədə Kənd Təsərrüfatı Nazirliyindəkənd təsərrüfatı məhsullarının istehsalçılarına buğda və çəltik əkininə və istifadə etdikləri yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına verilən yardımların, habelə hüquqi və fiziki şəxslər tərəfindən istehsalçılara satılan mineral gübrələrin, biohumusun və pestisidlərin qiymətinə tətbiq edilən güzəştin məbləğinin ödənilməsinin təmin edilməsi üzrə Respublika Komissiyasının iclasında bildirilib.

İclasda kənd təsərrüfatı məhsulları istehsalçılarına hər hektar əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə, dövlət büdcəsinin vəsaiti hesabına 50 manat, habelə buğda və çəltik əkinlərinə görə əlavə 40 manat məbləğində yardım verilməsi ilə bağlı rayon (şəhər) kənd təsərrüfatı idarələrinin və rayon (şəhər) komissiyalarının 23 rayon (şəhər) üzrə təqdim etdiyi sənədlərə baxılıb.

Kənd təsərrüfatı məhsulları istehsalçılarına yardımın ödənilməsi məqsədilə sənədlər Maliyyə Nazirliyinə, "Kapital Bank” ASC-yə və aidiyyəti rayon (şəhər) kənd təsərrüfatı idarələrinə və rayon (şəhər) icra hakimiyyətlərinə göndərilib.