ANA SƏHİFƏ / GÜNDƏM

Berdiməhəmmədov Bakıda şəhidlərin xatirəsini andı

3621    |   2017-08-08 17:32
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov avqustun 8-də Şəhidlər xiyabanını ziyarət edib.

Xiyabanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, "Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Türkmənistanın və Azərbaycanın dövlət himnləri səslənib.

Azərbaycan paytaxtının mənzərəsini seyr edən Türkmənistan Prezidentinə Şəhidlər xiyabanının tarixi və paytaxtda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.




İmza:
SON XƏBƏRLƏR
11.10.2017
11.10.2017
11.10.2017


VİDEO