adalet.az header logo
  • Bakı 20°C
08 Avqust 2017 16:55
2933
HADİSƏ
A- A+

Ermənilərin yaraladığı 13 yaşlı Ramin: “Ayağıma çoxlu qəlpə dəydi” - VİDEO

Tovuzun düşmənlə sərhəddə yerləşən Qaralar kəndi tez-tez atəşə məruz qalır.

Ermənilər daha çox əhalini təsərrüfat sahələrində işləyən zaman atəşə tutur. Avqustun 7-də axsam saatlarında erməni silahlı qüvvələrinin növbəti dəfə atəşkəsi pozması nəticəsində kənd sakini 13 yaşlı Ramin Yusifov atla ot gətirərkən yaralanıb.

İlhamə Yusifova – anası:"1 həftə bundan əvvəl nəvəm evə daxil olandaermənisilahlı qüvvələri güllə atdı. Xoşbəxtlikdən nəvəmi tutmadı”.

Bəndər Zeynalov – sakin:"Saat 6-da başlayırlar güllələməyə. Biz də işləyirik. Uşaq da atla ot gətirirmiş. Atıblar, ata biraz yaxın keçib. Atıblar, yerə dəyib, çox şükür ki, uşağı tutmayıb. Qəlpələr biraz ayağını tutub. Sağ olsun komandirlər, maşın göndərdilər”.

Düşmənin gülləsi kənd sakinlərini qorxutmur. Çünki onlarAzərbaycanordusunun gücünə güvənir.

Cavid Rüstəmov – sakin:"Qonaq gəlmişəm nənəmgilin evinə. Ermənilər atır, heç qorxmuram. Onlar kimdir ki, onlardan qorxum”.

Bədənində çoxsaylı qəlpə yarası alan Ramin Yusifov dərhal təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Yaralı yeniyetmə əməliyyat olunub,vəziyyəti normaldır.

Sabir Yusifov – atası:"2-ci dəfədir ki, bu uşağa ermənilər güllə atır. Dinc əhaliyə imkan vermirlər ki, çölə çıxsınlar”.

Ramin Yusifov – yaralı:"Güllə gəlib yanıma düşüb partladı. Ayağıma çoxlu qəlpə dəydi, mən də tez evə qaçdım”.

İcra nümayəndəsinin sözlərinə görə, evlərin, mülki sakinlərin ermənilərin hədəfinə məruz qalmaması üçün ordu tərəfindən müəyyən tədbirlər görülür. Hazırda kənddə nisbi sakitlik hökm sürür. (ARB TV)