adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
08 Avqust 2017 16:54
5945
DÜNYA
A- A+

Latviyada niqab qadağan oluna bilər

Latviya hökuməti ictimai yerlərdə üzü örtən geyimləri qadağan edən qanun layihəsini təsdiqləyib.

Trend-in məlumatına görə, bu qanun layihəsi ölkəyə gələn müsəlman qaçqınların qəbul edilməsindən sonra müzakirəyə çıxarılıb.

Parlamentdə təmsil olunan partiyalar bu qanun layihəsini qəbul etdikdən və ölkə prezidenti tərəfindən imzalandıqdan sonra bu qanun qüvvəyə minəcək.

Qanun layihəsinə əsasən, üzü örtən geyim növlərində bir sıra istisnalar ediləcək. Belə ki, həkimlər, xilasedicilər, yanğınsöndürənlər və bu kimi peşə sahiblərinə üzü örtmək icazə veriləcək.