adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
08 Avqust 2017 16:50
8671
MƏMLƏKƏT
A- A+

Cocuq Mərcanlıda son DURUM

İyulun 18-də Cəbrayılın Cocuq Mərcanlı kəndinə I köç başa çatıb. İlkin mərhələdə kəndə 10hektar ərazidə fərdi evin və müvafiqinfrastrukturun tikintisiaparılıb.

Tikilmişevlərə Cəbrayılrayonunun CocuqMərcanlı kəndindənolanvə əsasən Bakı şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər köçürülüb.

Ümumisahəsi 3850kvadratmetrolanmənzillərin 20-si ikiotaqlı, 25-i üçotaqlı, 5-i isə dördotaqlıdır.Həmin evlərdə 50 ailəyaşayır.

Cəbrayılın Cocuq Mərcanlı inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Xanlar Zeynalov Modern.az-a deyib ki, hazırda kənddə həyat tam normal davam edir:

"Hər bir şəraitimiz var: işıq, su, qaz, internet. Bura bizim əzəli yurdumuzdur, ona görə də alışmaq çətin olmadı”.

Kənd rəsmisi bildirib ki, hazırda tikintinin ikinci mərhələsinə start verilib:

"İşlər sürətlə davam etdirilir. Artıq beşə yaxın evin dam örtüyü də vurulub. İnşallah tez bir zamanda bütün evlərin tikintisi yekunlaşacaq”.