adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
08 Avqust 2017 16:01
6576
SİYASƏT
A- A+

Saakaşvili Litva vətəndaşlığından imtina etdi

Xəbər verdiyimiz kimi, Ukrayna vətəndaşlığından məhrum edilən Odessa vilayətinin sabiq qubernatoru, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Polşadan Litvaya gedib.

Adalet.az  "Ria Novosti"yə istinadən xəbər verir ki, Vilnüsdə Rusiya səfirliyinin qarşısında keçirilən aksiyada iştirak edən sabiq prezident jurnaistlərin Litva vətəndaşlığını alması ilə bağlı suallarını cavablandırıb.

"Mən qanunsuz yolla əlimdən alınmış Ukrayna vətəndaşlığımı geri qaytarmalıyam. Ukraynalıların bir çoxu qəzəbllidirlər, mən mübarizə aparmasam, onlar özlərini aldadılmış hiss edəcklər”,-deyə Saakaşvili Litva vətəndaşlığı almaq niyyətində olmadığını bildirib.

Ukrayna Dövlət Sərhəd Xidmətindən bildirilib ki, Saakaşvili sərhədi keçməyə cəhd edərsə, pasportu müsadirə olunacaq və ölkəyə buraxılmayacaq.(azvision.az)