adalet.az header logo
  • Bakı 21°C
08 Avqust 2017 15:44
6256
DÜNYA
A- A+

ABŞ ÇİNİ 301-Jİ MADDƏ İLƏ TƏHDİD EDİR

ABŞ prezidenti Donald Trampın ətrafı 1970-jii illərin qanunverijiliyinə əsasən Çin Xalq Respublikası ilə tijarət müharibəsinə başlamaq imkanlarınıı araşdırır.

Ağ Evdəki mənbələrinə istinadən Amerika KİV-lərinin bildirdiklərinə görə, Pekinə qarşı birtərəfli qaydada rüsumların qaldırılması və ABŞ-da bizneslə məşğul olan çinli vətəndaşların lisenziyalarının ləğv edilməsi qaydaları tətbiq edilə bilər. Bütün bu tədbirlər ÇXR-in Şimali Koreyaya qarşı təzyiqlərin artırılması ilə bağlı danışıqların nətijələrindən asılı olajaq.

1974-jü ildə qəbul edilmiş ABŞ-ın tijarət qanununun 301-ji maddəsi ilə 1980-ji illərdə Yaponiyaya «keyfiyyətsiz» məhsulların – rəngli televizorların, motosikletlərin və gündəlik tələbat mallarının satışına məhdudiyyətlər qoyulmuşdu. 33 ildən sonra Çinə qarşı da bu maddədən yararlanmaq istəyirlər.

Çin ABŞ-dan fərqli olaraq ikitərəfli tijarət əlaqələrinin qırılmasında maraqlı deyil. Məhz ona görə də Vaşinqton hələ qərar qəbul etməmiş rəsmi Pekinin güzəştə gedəjəyi gözlənilir.