adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
08 Avqust 2017 15:40
5098
MƏMLƏKƏT
A- A+

Ramil Usubov Şəkidə vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov 2017-ci il avqust ayının 26-da saat 10:00-da Şəki Şəhər Rayon Polis Şöbəsində Şəki, Balakən, Qax, Oğuz, Zaqatala və Qəbələ şəhər və rayonlarının sakinlərini qəbul edəcək.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Adalet.az-a verilən xəbərə görə, vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.