Skandinaviya Türk Federasiyasından “Qarabağ”klubuna dəstək
"Qarabağ” klubunun avqustun 23-də Danimarkanın paytaxtı Kopenhagendə yerli "Kopengahen” klubu ilə baş tutacaq oyuna soydaşlarımızın hazırlığı davam edir.
Modern.azxəbər verir ki, bu günlərdə doğma klubumuza Skandinaviya Türk Federasiyası tərəfndən dəstək gəlib. Diaspor fəalı Elnur Eltürkün sözlərinə görə, federasiya başqanı, yazar İlhan Esen "Qarabağ” klubunun Danimarkaya gələcəyi ilə bağlı xəbəri eşidən gündən ciddi hazırlaşdıqlarını bildirib.
"Doğma klubumuza dəstək üçün federasiya olaraq, Azərbaycan və Türkiyə bayraqları ilə meydana gedəcəyik. Bununla bağlı üzvlərimiz məlumatlanıblar. Qarabağ özünü Türk hiss edən hər bir insanın ürəyindəki yaradır. Ora sadəcə Azərbaycanın deyil, Türk dünyasının gerçək yurdudur. O səbəbdən də, "Qarabağ” klubu bizim mənəvi və milli bir simvolumuzdur. Həm də Qarabağın azadlığı üçün meydanda "Qarabağ”a dəstək verəcəyik”.
Federasiya başqanı heç bir zaman Qarabağın işğalı ilə barışmadıqlarını qeyd edib. "Skandinaviyada Qarabağ həqiqətlərinin çatdırılmasına çalışırıq. Bu milli vəzifəmizdir. Qarabağ bizim üçün müqəddəs əmanətdir”,-deyə İ.Esen bildirib.
Digər Xəbərlər
20 Aprel 2024 10:00
"Qarabağ" "Qəbələ"yə, "Zirə" "Neftçi"yə qarşı
19 Aprel 2024 18:19FHN-in qurumları arasında tennis çempionatı yekunlaşdı
19 Aprel 2024 13:35“Onsuz da oyunları azı 3000 adam izləyir”
18 Aprel 2024 18:45“Qalatasaray” İkardinin alternativini Fransada tapıb
18 Aprel 2024 18:00