adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
08 Avqust 2017 14:40
4063
GÜNDƏM
A- A+

Taleh Bağırova işgəncə verilir? - RƏSMİ

Son günlərdə bir sıra kütləvi informasiya vasitələrində Ədliyyə Nazirliyi Penitensiar xidmətinin həbsxanasında saxlanılan, ağırlaşdırıcı hallarda qəsdən adam öldürməyə və s. cinayətlərə görə Cinayət Məcəlləsinin 120.2.1; 120.2.3; 120.2.4; 120.2.7; 120.2.12, 29; 120.2.3,29; 120.2.4,29; 120.2.7,29; 120.2.12- ci maddələri ilə təqsirli bilinərək 20 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Bağırov Teleh Kamil oğlunun işgəncələrə və qeyri-insani rəftara məruz qalması, həyatının təhlükə altında olması, qanunvericiliklə müəyyən edilmiş hüquqlardan istifadə edə bilməməsi barədə həqiqətə uyğun olmayan məlumatlar yer alıb.

Adalet.az xəbər verir ki, bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyi Penitensiar xidmətinin İctimaiytyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Rəsmi məlumatda qeyd edilib ki, Cəzaların İcrası Məcəlləsində nəzərdə tutulmuş qaydada məhkum Taleh Bağırov telefon danışıqlarından istifadə edir:

"Hüquqlarını müdafiə edən vəkili və ailə üzvləri ilə də görüş imkanına malikdir. Şəxsi təhlükəsizlik hüququ qanunvericiliyə uyğun tam təmin olunur, səhhətində problemlər mövcud deyil, qeyri-qanuni hərəkətlərə və ya pis rəftara məruz qalmayıb.

Respublikada sabitliyi pozmağa, ictimaiyyət daxilində çaxnaşma yaratmağa cəhd edən qüvvələr ayrı-ayrı məhkumlar ətrafında ajiotaj yaratmaqla, mənafelərinə xidmət edən bəzi kütləvi informasiya vasitələrində cəzaçəkmə müəssisələri barədə qeyri-sabitliyi əks etdirən qızışdırıcı və təhrikedici, uydurma məlumatlar dərc etməklə həmin məhkumların gündəmdə saxlanılmasına səy göstərirlər”.

Bildirilib ki, bütün penitensiar müəssisələrdə xüsusi kontingentin saxlanılması, maddi-məişət şəraiti, azadlıqdan məhrum edilmiş və təqsirləndirilən şəxslərin hüquqları qanunvericiliyin tələblərinə uyğun təmin edilir:

"Məhbusların saxlanılması, qidalanması, asudə vaxtlarının səmərəli keçirilməsi və cəza-icra qanunvericiliyində nəzərdə tutulan hüquqları ölkə rəhbərliyinin humanist addımları sayəsində son illər ərzində dəfələrlə yaxşılaşdırılıb”.