CƏNNƏT GÖRMƏK İSTƏYƏN…

FAİQ QİSMƏTOĞLU
58314 | 2017-08-08 13:56

Sizi bilmirəm, məncənnəti görmüşəm. Və bu cənnət o qədər gözəl, o qədər qəşəng, o qədər rahatdır ki,ora yolun düşəndə bir daha geri dönmək istəmirsən. Geri dönmək istəmirsən ki, gəlibyenidən başqa bir mühitə düşəcəksən, sıxıntılarının, dərdinin, kədərinin burulğanındaəlləşə-əlləşə qalacaqsan. Mənim Cənnətim də, Məkkəm də, Mədinəm də Füzulidi. Oranınhavasını udanda, suyunu içəndə, torpağının üstündə gəzəndə, şirin və dadlı meyvələrini,giləmeylərini yeyənldə özümü dünyanın ən güclü adamı sanıram. Gözlərimə nur gəlir,ayaqlarıma təpər! Elə bilirəm ki, iki-üçgündə cavanlıq günlərimə qayıtmışam. Məni o günlərə döndərən, qaytaran Bəhmənlinin,Horadizin, Kərimbəylinin, Babının… havasıdı, suyudu, çörəyidi...

İnanın, o yerə gedəndəağrım-acım da olmur. Gecə çox rahat yatıram. Təzyiqim isə cavan oğlanın təziyqikimidi. Belə də olmadı. Çünki udduğam hava, içdiyim su və yediyim çörək tərtəmizdi!Sanki cənnətin gözəlliklərinin içində, ağuşunda olursan…

Yeni çinarlar diyarı

Ötən yazılarımızdaqeyd etmişdik ki, Azərbaycanda çinarlar diyarı sayılan çox yerlər var: Göyçay, Gəncə,Şəmkir, lap elə Bakının özü! Amma son zamanlar bu çinarlar diyarına bir yurd daəlavə edilməlidir: Füzuli! O Füzuli ki, onun böyük bir hissəsi işğal altındadı vəişğaldan azad olunan kəndlərdə, yaşayış məntəqələrində elə bir abadlıq işləri görülübki, ona adam baxmaqdan doya bilmir. Onsuz da ölkəmizin bütün regionlarında möhtəşəmtikinti, quruculuq və abadlıq işləri gerçəkləşdirilib. Füzulidə isə tamamilə başqabir aləmdi. Axı mən çinarlardan danışmaq istəyirəm. O çinarlar ki, Füzuli rayonunungirəcəyindən avtomobil yolunun sol və sağ hissəsindən düz Horadiz şəhərinə qədərboy verib. O çinarlar ki, 7 il bundan əvvəl əkilib. İndi hamısı maşallah, 4-5 metrhündürlüyə qalxıb. O çinarlar ki, yayın istisində göydən «od» yağanda bir anlıq maşını saxlayıbonun kölgəsində sərinləmək olur. O çinarlar ki, ona xalq arasında təbiətin «kondisioneri»deyirlər. Əlbəttə, yolla gedən adam yayın istisində bir qədər təntiyəndə, istidəntənginəfəs olanda istər-istəməz kölgəlik axtarır və bu kölgəliyi tapanda sevinir.İllah da ki, bu kölgəlik çinar ağacları ola. Füzulinin elə bir kəndi, elə bir yaşayışməntəqəsi yoxdur ki, yolun sağ və sol hissəsindəbu çinar ağacları insanları «salamlamasın». Bəhmənlidəki çinar ağacları isə lapmöhtəşəmdir. İnanın, yayın istisində onunkölgəsində dayanmaq, durmaq adama elə bir sərinlik gətirir ki, ordan uzaqlaşmaqistəmirsən…

Yolların hamısı asfaltlanıb

Füzuli rayonundaelə bir kəndə, elə bir yaşayış məntəqəsi yoxdur ki, orda yollar yenidən tikilibistifadəyə verilməsin. Sanki bu yollar şəhərin yollarından da gözəl görünür. Çoxuzağa getməyək. Bizim Böyük Bəhmənli kəndinin dörd tərəfini birləşdirən asfalt yolçox gözəl çəkilib. Sovet hökumətinin vaxtında düzdür, asfalt çəkilmişdi. Ancaq kəndin iki dəmiryoluna qədər bu asfalt yol vardı. Ammason illər isə kəndin dörd tərəfini birləşdirən yol tamamilə asfaltlanıb. Hətta birçox məhlələrarası yollara da asfalt çəkilib. Bizim dədə-baba evimizin düz darvazasınaqədər asfaltdır. Bir çox insanlar isə bundan ruhlanaraq özləri də məhləarası yollaradaxili imkanları hesabına asfalt çəkdiriblər…

Rayonda bayaq dediyimizkimi, bütün kəndlər yeni infrastrukturlar təchiz edilib. Su, elektrik və qaz xətləriçəkilib. Hətta əksər kəndlərdə bütün transfarmatorlar və yarımstansiyalar dəyişdirilib.Bir faktı da deyim ki, Sovet hakimiyyəti dövründə Füzulinin Araz boyu kəndlərinəqaz xətləri çəkilməmişdi. İstər Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə,istərsə də Prezident İlham Əliyevin fəaliyyətə başladığı müddətdə Füzulidə çox möhtəşəmişlər görülüb. Bizim kəndin camaatı qaz çəkilişindən sonra rahat nəfəs alıb. Yəni əvvəlki kimi onlar dizel yanacağı, daş kömür,odun axtarışında olmurlar. Bu isə insanların rahat yaşamasına, işləməsinə və fəaliyyətgöstərməsinə şərait yaradır.

Başçı ziyalı olanda…

Rayonun bəxti o vaxtgətirir ki, Prezidentin səlahiyyətli nümayəndəsi olan icra başçısı ziyalı olur.Bu mənada Füzuli rayonunun da bəxti gətirib. Çünki rayon icra hakimiyyətinin başçısıAlı Alıyev Prezidentə, dövlətə və dövlətçiliyə çox sədaqətli olmaqla yanaşı, həmdə ziyalı bir insandır. Mən inanmıram ki, hansısa Füzuli sakini Alı müəllimin qəbulundaolsun və ondan narazı qalsın. Çünki Alı müəllim hər bir Füzuli sakinini öz doğması,öz əzizi qədər çox istəyir və ona diqqət göstərir. Hətta problemi həll olunmayanadamlar onu başa düşürlər. Başa düşürlər ki, Alı müəllim əlindən nə gəlibsə onuəsirgəməyib, sakini qəbul edib, onu dinləyibvə düz yol göstərib. Elə bu düz yol da çox insanlara rahatlıq gətirir və çıxış yolutapırlar.

Alı Alıyev çox vaxtinsanları elə kəndlərdə, yaşayış məntəqələrində dinləyir. Bu görüşlərdə rayon hüquq-mühafizəorqanları rəhbərləri, vəzifəli şəxslər də iştirak edirlər. Hər hansı problemi olanvətəndaşın elə məsələsi həmin görüşdəcə həllini tapır. Üstəlik də xalıq içində olmaq,onlarla səmimi söhbət eləmək başçını bir qədər də insanlara doğmalaşdırır. Və füzulilərgörür ki, həqiqətən Alı müəllim əvvəllər olduğu kimi, çox sadədir və səmimidir.Elə bütün məsələlər də bu konteksdə öz həllini tapır. Deməli, başçı nə qədər ziyalıolsa, xalqla səmimi ünsiyyət qursa, bundan həm dövlət qazanır, həm də on minlərləinsanlar…


Yas məclisində yeməkverilmir

Bir neçə il bundan əvvəl dəbdəbəli yas məclislərinin qarşısınıalmaq üçün dövlət səviyyəsində ciddi addımlar atıldı. Ümumiyyətlə, bu çox lazımlıvə gərəkli bir addım idi. Gəlin açıq danışaq ki, bir çox imkansız adamlar yaslarıdüşəndə dəbdəbəli surətdə onu vermək üçün ya gedib kimdənsə borc almalıydı, ya dakredit götürməliydi. Başqa rayonların birində yası düşən adam atasını dəfn etməkvə ehsan vermək üçün kimdənsə borc alıb və yas da başa çatandan sonra o, borcu verəbilməyib. Borc sahibi də tez-tez onu narahatedib. Və o da borcunu qaytara bilmədiyinə görə intihar edib.

Nə yaxşı ki, bu günFüzulidə neçə illər bundan əvvəl qoyulmuş yeni ənənəni heç kəs pozmur. Çünki birneçə il bundan əvvəl varlı və kasıb olmasından asılı olmayaraq, rayonda yas məclislərindəheç kəs yemək vermir. Yas süfrəsində halva, çay və bir də xurma olur. Təbii ki,bu gün əhalinin iqtisadi durumu əvvəlki vaxtla müqayisədə bir qədər də çətinləşib.Ona görə də yeni addımın atılması insanlar tərəfindən tam normal qarşılanıb. Həttaicra başçısı dəfələrlə yas məclisində olarkən kənd camaatının çox səmimi surətdəfikirlərini öyrənib. Və mənim özüm də o məclisdə olarkən camaatın fikirlərini eşitmişəm.Alı müəllim soruşub ki, yas məclisi əvvəlki formada yaxşı idi, yoxsa indi?! Yerdənsəhamı dillənib ki, bu yeniliyi kim edibsə, Allah ölənlərinə rəhmət eləsin! Çiynimizdənçox ağır bir yük götürülüb. Alı müəllim də deyib ki, biz heç kimə nə təyziq, nədə başqa cür təsir göstərməmişik. Sizin ürəyiniznecə istəyibsə, o cür də addım atmışıq. Deməli, bu cür addımların atılması insanlarıçox böyük ağır yükdən və çətinlikdən xilas edib.

Şəhidlər kompleksi

Aprel şəhidlərininxatirəsinə Füzulidə çox möhtəşəm xatirə kompleksi inşa edilib. Həmin xatirə kolmpleksindəaprel döyüşlərində şəhid olan Azərbaycan zabitlərinin və əsgərlərinin şəkillərihəkk edilib. Rayonun icra başçısı Alı Alıyev deyir ki, bu abidəni qısa zaman kəsiyindəöz daxili imkanlarımız hesabına tikmişik. Bu il də aprel ayında şəhidlərin il dönümündəo döyüşlərdə şəhid olan zabitlərin və əsgərlərin ailələrini dəvət etmişdik. Onlarınşərəfinə bir süfrə də açmışdıq. İnanın, şəhid ailələri bu diqqət və qayğıdan ağızdolusudanışırdılar. Təbii ki, insanlar onların şəhidlərinə və özlərinə olan diqqəti görəndəsevinirlər. Və bu ailələri sevindirmək çox müqəddəs və çox xeyirxah bir əməldir.

Ümumiyyətlə, Füzulirayonu tarixən süfrə mədəniyyəti və qonaqpərvərliyi ilə fərqlənib. Bu rayona kimgəlsə, istər-istəməz çox razı qalır. Ən azından ona görə ki, orda sevgi görür, məhəbbətgörür və şəhidlərinə əbədi bir istək hiss edir…

Bol məhsul

Hər il olduğu kimi,bu il də Füzulidə çox böyük məhsul var. Rayonda bir neçə ildir ki, rekord miqdarda taxıl tədarükedilir. Bununla yanaşı, pambıqçılıq, baramaçılıq, üzümçülük, çuğundurçuluq, bostan-tərəvəzçilikvə meyvəçilik də yüksələn xətlə zaman-zaman inkişaf edir. Rayon kənd təsərrüfatıidarəsinin rəisi, təcrübəli mütəxəssis və gözəl ziyalı Hüseyn Abbasov bildirir ki,bu il pambıqçılıq sahəsində də böyük irəliləyiş olacaq. Baramaçılıq öz müsbət nəticəsiniverib. Elə adam var ki, 250-300 kiloqram barama istehsal edib və bu isə nə qədərpul deməkdir. Ümidvaram ki, bayaq dediyim kimi, pambıqçılıq sahəsində də müəyyənuğurlar qazana biləcəyik. Çünki yüzlərlə hektar əkilmiş pambıq sahəsində yaxşı becərməişləri aparılıb, bütün aqrotexniki qaydalar vaxtında yerinə yetirilib və inanmaqolar ki, yaxşı da pambıq olacaq. İnsanlar çəkdikləri əziyyətin bəhrəsini görəcəklər.Son müşavirədə cənab Prezident kənd təsərrüfatının inkişafı üçün bizim qarşımızda zəruri vəzifələr qoyub. Və eynizamanda kənd təsərrüfatının inkişafı üçün dövlət səviyyəsində böyük qayğı göstərilir.


BirAvropa şəhəri

Horadizbu gün bir Avropa şəhərinə bənzəyir. İnanmırsınız, gəlin baxın, görün düz deyirik,yox düz demirik?! Son illər şəhərdə on minlərləşam ağacı və digər ağaclar əkilib. Və bu ağaclar da Horadizə əsrarəngiz bir gözəllikgətirir. Şəhər gündə üç dəfə mənzil kommunal təsərrüfatının işçiləri tərəfindəntəmizlənir.Səhər saatlarındarayon icra başçısı Alı müəllim özü təmizlik işlərinə diqqət yetirir. İstər səhər,istər günorta, istərsə də axşam saatlarında şəhərin küçə və parkları tərtəmizdi.Yaşıllıqlara və parklara isə xüsusi bir diqqət göstərilir. Valideyn öz övladınanecə qayğı göstərirsə, kommunal təsərrüfatının işçiləri də ağaclara, yaşıllıqlaraelə diqqət göstərirlər. Belə ki, yaşıllıqlar və ağaclar isti günlərdə tez-tez suvarılırvə onlar diqqətdən kənarda qalmır. Bu yaşıllıqlar isə Horadizə - gözəl şəhərə qeyri-adibir görkəm və sərinlik gətirir. Elə bir sərinlik ki, qonşu kəndlərdən də axşam saatlarında Heydər parkına gəlib insanlar bu gözəl havadaistirahət edirlər.


TƏQVİM / ARXİV