adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
08 Avqust 2017 13:20
7503
DÜNYA
A- A+

Trampın reytinqi ən aşağı səviyyəyə düşüb

ABŞ prezidenti Donald Trampın reytinqi Amerika vətəndaşları arasında ən aşağı həddə çatıb.

Bu nəticəni CNN telekanalının sifarişi ilə SSRS xidmətinin apardığı sorğu göstərir. Respondentlərin 56 faizi Trampın fəaliyyətindən narazıdır.

CNN kanalının məlumatına görə, Tramp prezident seçildikdən sonra ondan narazı qalan vətəndaşların sayı ən yüksək səviyyəyə çatıb.

Fevral ayında onu respondentlərin 44 fazi dəstəkləyib, 53 faizi isə narazı qalıb. Hazırda isə Trampı yalnız respondentlərin 38 faizi dəstəkləyir.

Qeyd edək ki sorğu telefon vasitəsi ilə 3-6 avqust tarixlərində 1018 amerikalı arasında aparılıb.