adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
08 Avqust 2017 12:18
33436
GÜNÜN LƏTİFƏSİ
A- A+

GÜNÜN LƏTİFƏSİ

Ağdamda çox məşhur bir tarzən vardı: Məşədi Nəriman. Demək olar ki, bu gün Azərbaycanın məşhur olan bir çox xanəndələrinin muğam müəllimi olub. Həm də çox maraqlı adam idi.

Bir gün bir kənd toyundan çıxarkən üstünə it hücum eləyir. Özünü itirmir. Tarını çevirib, itin səsini tarda tutur. İt hürur, o da həmin hürüşü tarda müşayiət eləyir. Toy sahibləri görürlər küçədə bir it hürür, həm də tar çalınır. Axışırlar küçəyə, görürlər ki, Məşədi dizini qoyub yerə tarı basıb sinəsinə, it də onun qabağında şonquyub hürur, Məşədi ləzzətlə onu müşayiət edir.

Soruşurlar:

- Məşədi nağarırsan?

Məşədi:

- Vallah, bu it toyunuzdakı xanəndədən yaxşı oxuyur.

Allah Məşədi Nərimana rəhmət eləsin. Məşədi Nəriman Qarabağın keçmiş məşhur futboluçusu Nazim Mehrəliyevin və Ağdamın ünlü muğam müəllimlərindən, bəstəkar Aydın Mehrəliyevin atasıdı.