adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
08 Avqust 2017 11:42
5981
MƏMLƏKƏT
A- A+

Nazirlik: İsti hava şəraiti ayın 10-dək davam edəcək

Ölkə ərazisində müşahidə edilən isti hava şəraiti avqust ayının 10-dək davam edəcək.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Bayramova deyib.

O bildirib ki, paytaxtda cənub-şərq küləyinin üstünlüyü müşahidə ediləcək.

"Sabah Bakıda havanın temperaturu 35-40 dərəcə, bəzi yerlərdə 42 dərəcə, bölgələrdə isə 35-40 dərəcə, Mərkəzi Aran rayonlarında, eləcə də Naxçıvan Muxtar Respublikasının bəzi yerlərində 42-43 dərəcə isti, dağlıq ərazilərdə isə 29-34 dərəcə isti gözlənilir"-nazirlik rəsmisi deyib.