adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
08 Avqust 2017 10:24
9499
İDMAN
A- A+

Maurinyo Zidana qarşı - Bu gün qitənin ən güclüsü müəyyənləşəcək

Bu gün UEFA Superkuboku uğrunda oyun keçiriləcək.

Ötən mövsüm Çempionlar Liqasının qalibi olan İspaniya təmsilçisi "Real Madrid"lə Avropa Liqasında uğur qazanan İngiltərənin "Mançester Yunayted" komandası Makedoniyada üz-üzə gələcəklər.

Paytaxt Skopyedə baş tutacaq matçı italiyalı hakim Canluka Rokki idarə edəcək.

Qeyd edək ki, "Real Madrid" bunadək 3 dəfə (2002, 2014, 2016) UEFA Superkubokunu qazanıb, 2 dəfə (1998, 2000) isə həlledici qarşılaşmada uduzub. İkinci dəfə kubok muzeyinə aparmaq üçün meydana çıxacaq "Mançester Yunayted" isə buna 26 il əvvəl nail olub (1991, 1999, 2008).

UEFA Superkuboku

8 avqust

22:45. "Real Madrid" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə)

Baş hakim: Canluka Rokki

Baş hakimin köməkçiləri: Elenito Di Liberatore, Mauro Tonolini

Əlavə hakim köməkçiləri: David Massa, Massimiliano İrrati

Ehtiyat hakim: Rikkardo Di Fiore (hamısı İtaliya)

Dördüncü hakim: Klement Turpin (Fransa)

UEFA nümayəndəsi: Marko Kasaqrande (Finlandiya)

Makedoniya, Skopye. II Filip stadionu(report)