adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
08 Avqust 2017 10:08
6386
DÜNYA
A- A+

Yaponiyada istilər 9 nəfəri öldürdü

İyulun 31-dən avqustun 7-dək olan həftə ərzində Yaponiyada isti hava şəraiti 9 adamın ölümünə səbəb olub, 5,7 min nəfər isə xəstəxanalara yerləşdirilib.

Yaponiya Mərkəzi Yanğınsöndürmə İdarəsinin məlumatında qeyd edilir ki, xəstəxanalara yerləşdirilənlərdən 1,9 min nəfərin stasionar müalicəyə ehtiyacı var. Xəsarət alanların yarıdan çoxu 65 yaşdan yuxarı insanlardır.

Ötən həftə ərzində ölkənin qərb hissəsində termometrlərin civə sütunu 35 dərəcədən yuxarını göstərib. Yaponiyanın şərqində isə nisbətən sərin hava - 30 dərəcə isti müşahidə edilib. Məhz belə hava şəraiti əvvəlki həftə ilə müqayisədə xəsarət alanların sayının artmasına (366 nəfər) səbəb olub. (AZƏRTAC)