adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
07 Avqust 2017 22:09
10883
SİYASƏT
A- A+

Almaniyadan Türkiyəyə şərt: Hazırıq, amma...

Türkiyəyə əlimizi uzatmağa hazırıq, lakin bunun üçün Ankara mövqeyini dəyişməlidir.

Bu sözləri Almaniya Xarici İşlər naziri Ziqmar Qabriel yerli qəzetlərindən birinə verdiyi müsahibəsində deyib.

Qabriel Türkiyənin uzun müddətdir AB-yə üzv olmaq istədiyini, ancaq Avropanın dəyərlərinə görə hərəkət etməli olduğunu söyləyib.

Qeyd edək ki, bir müddət əvvəl Qabriel Ziqmar Türkiyə-Almaniya arasında yaşanan gərginliklə bağlı açıqlama verib. O, Türkiyənin getdikcə demokratiyadan uzaqlaşdığını, edamın yenidən qüvvəyə minməsinin Avropa Birliyi ilə Ankara arasında bu günə qədər olan əlaqələrin sonu olacağını bildirib.