adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
07 Avqust 2017 17:53
13979
ELM VƏ TƏHSİL
A- A+

154 məzuna qızıl, 31-nə isə gümüş medal verildi

Təhsil naziriMikayıl Cabbarov ümumi təhsil müəssisələrinin məzunlarının qızıl və gümüş medalla təltifi haqqında əmr imzalayıb.

Təhsil Nazirliyindən verilən məlumata görə, əmrə əsasən, XI siniflərin 154 nəfər məzunu qızıl medalla, 31 nəfər məzunu isə gümüş medalla təltif edilib.

Qızıl və gümüş medala layiq görülmüş təhsil alanların adları oxuduqları məktəbin "Şərəf kitabı”na yazılacaq. Medala layıq görülən məzunların siyahısı Təhsil Nazirliyinin saytında yerləşdirilib.

Qızıl və gümüş medala layiq görülənlər arasında Kəlbəcərdən olan məcburi köçkün də var.