adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
07 Avqust 2017 17:16
23959
ELM VƏ TƏHSİL
A- A+

Tələbələr köçürülür – Nazirlik məlumat yaydı

"Tələbələrinölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin köçürülməsi üzrə elektron sənəd qəbulu davam edir”.

Bu barədə Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, iyulun 17-dən başlayan bu prosestransfer.edu.azportalı vasitəsilə həyata keçirilir. Bu günədək 600 nəfər tələbə orta ixtisas, 2200 nəfər isə ali təhsil müəssisələrinə köçürülmək üçün elektron portaldan qeydiyyatdan keçib.

Tələbələr ölkənin istər dövlət və istərsə də özəl ali təhsil müəssisələrinə köçürülə bilərlər. Həmçinin, tələbələr eyni ixtisas qrupu çərçivəsində də yerdəyişmə edə bilərlər.

Təhsil Nazirliyindən"Təfəkkür” Universitetinin tələbələrinin köçürülməsi ilə bağlı sorğusuna cavab olaraq bildirilib ki, digər ali təhsil müəssisələr kimi, "Təfəkkür” Universitetində təhsil alan tələbələrin də başqa universitetlərə köçürülməsi transfer.edu.az portalı vasitəsi ilə fərdi qaydada həyata keçirilir.

"Təfəkkür” Universitetinin tələbələri qeydiyyat zamanı yaranan suallarla bağlı Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzinə və Telefon Məlumat Mərkəzinə ("Qaynar xətt” xidməti, telefon: 146) müraciət edə bilərlər.

Universitetin tələbələrinə ixtisasları, habelə qəbul imtahanlarında topladıqları balları nəzərə alınmaqla müvafiq ali təhsil müəssisələrində maneəsiz köçürülməsi üçün lazımi şərait yaradılıb.

Portala müraciət edən şəxslər köçürülmək istədiyi təhsil müəssisəsini seçir. Bunun üçün təhsilalanlar tələb olunan məlumatları daxil etməklə, köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyən edə bilərlər.

Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi ilə birgə fəaliyyət çərçivəsində yaradılan transfer.edu.az portalı tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsinə və şəffaflığın təmin olunması məqsədinə xidmət edir.

Qeyd edək ki, transfer.edu.az portalı vasitəsi ilə tələbələrin köçürülməsi prosesi avqustun 15-dək davam edəcək.