adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
07 Avqust 2017 17:19
6294
MƏMLƏKƏT
A- A+

Cocuq Mərcanlıda vəhdət namazı qılındı - FOTO

Avqustun 5-də dövlət qeydiyyatından keçərək Göyçay rayonunda fəaliyyət göstərən bir qrup dini icma sədri və din xadimi Cocuq Mərcanlı məscidini ziyarət edərək orada Vəhdət namazı qılıblar.

Məscidin ziyarəti Göyçay Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin birgə təşəbbüsü ilə həyata keçirilib.

Prezident İlham Əliyevin göstərişinə əsasən inşa olunmuş Azərbaycan və Şərq memarlığının nadir incilərindən sayılan tarixi Şuşa məscidinin bənzəri olan bu dini ibadətgahda dindarlar Vəhdət namazı qılaraq ölkəmizdə mövcud olan firavanlığın və sülh şəraitinin əbədi olması, eləcə də Qarabağdakı bütün məscidlərimizdə də azan səsinin ucalması üçün dualar ediblər.(modern.az)