adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
07 Avqust 2017 16:45
22093
KRİMİNAL
A- A+

Biləsuvarda kanaldan meyit tapıldı

Biləsuvar rayonu ərazisində kanalda meyit aşkarlanıb.

Bu haqda Fövqəladə Hallar Nazirliyindən (FHN) Adalet.az-a verilən məlumatda bildirilib.

FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Biləsuvar rayonu ərazisində kanalda meyit aşkarlanıb.

Meyitin 05.08.2017-ci il tarixində İmişli rayonu, Çaxırlı kəndində kanalda çimərkən batdığı ehtimal edilən1992-ci il təvəllüdlü Nağıyev Elvin Oqtay oğluna məxsus olduğu ehtimal edilir.

Əlavə məlumat veriləcək.