ANA SƏHİFƏ / SAĞLAMLIQ

“Mən heç vaxt yaxşı olmayacağam”- Rafiq Hüseynov

5501    |   2017-08-07 16:38
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Haradasa avqustun 20-dən sonra yenidən Türkiyəyə getməliyəm. Həkimlər daha bir dəfə əməliyyat olunmağımı bildirirlər. Ayın 20-dən sonra orada mütləq əməliyyat olunmalıyam”.

Adalet.az xəbər verir ki, bunu Modern.az açıqlamasında xalq artisti, tanınmış diktor Rafiq Hüseynov bildirib. Bir neçə ildir ki, onkoloji problemdən əziyyət çəkən diktor bağırsaq və ayaq nayihələrində də problem yaşayır. Elə sonuncu əməliyyatı da bağırsağında aparılıb.

Rafiq Hüseynov müalicənin müsbət nəticə verəcəyinə inansa da, ümumilikdə, lap yaxşı olacağına inanmır:

"Hamıya deyirəm, bundan sonra mən heç vaxt yaxşı olmayacağam. Heç kimə deyə bilmərəm ki, yaxşıyam. Məndə bir xəstəlik deyil ki, bir neçə xəstəlikdir.

71 yaşım var, ayaqlarım xəstə, başım gicəllənir. O qədər şeylər var ki... Amma madam ki, əməliyyat olunmağı deyiblər, deməli, nəyəsə inanırlar”.

Qeyd edək ki, xalq artisti Rafiq Hüseynov əsasən ağ ciyər xərçəngindən müalicə olunur və bu səbəbdən Türkiyədə əməliyyat da edilib.



İmza:
SON XƏBƏRLƏR
2017-08-19
2017-08-18


VİDEO
ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
SORĞU
Azərbaycanda futbol oynayırlar yoxsa top-top?

Futbola - HƏ (33.33%)
Top-topa - YOX (66.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Üç dəli dəlixanadan qaçır. Şəhərdə avaralanıb gəzirlər. Polisin onları axtardığını görüb gizlənməyə yer axtarırlar. Biri cibindən iynə çıxarır, iynənin arxasında gizlənirlər. Polislər bunları tutub dəlixanaya aparır. Dəlilərdən biri:
- Görəsən bizi necə gördülər?
O biri dəli:
- Yəqin iynənin deşiyindən görüblər.




digər lətifələr
ARXİV
FACEBOOK