adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
07 Avqust 2017 16:34
4249
SAĞLAMLIQ
A- A+

İlan sancması ilə bağlı 31 nəfər Təcili Tibbi Yardıma müraciət edib

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına bu ilin birinci yarısında 334 mindən artıq müraciət daxil olub.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 30 mindən artıq müraciətin daxil olması deməkdir. Stansiyaya daxil olan müraciətlər əsasında 31,8 mindən çox xəstə stasionar müalicəxanalara yerləşdirilib.

Həmin müddətdə reanimasiya tədbirlərinin görülməsi nəticəsində 1,1 min nəfərdən çox xəstə ağır vəziyyətdən çıxarılaraq həyata qaytarılıb. Qəfləti xəstəliklərlə əlaqədar 17,9 mindən artıq müraciət daxil olub. Miokard infarktı ilə müraciət edən 460 xəstədən 440-a yaxını, insultla müraciət edən 1880 xəstədən 1680-i, avtoqəza nəticəsində xəsarət alan 1170 nəfərdən 1000 nəfərdən çoxu, doğuşla əlaqədar 1580 qadın xəstəxanalara yerləşdirilib.

Təcili tibbi yardıma ehtiyacı olan 190 nəfər yaşayış yeri məlum olmayan xəstəyə ilkin tibbi yardım göstərilib və onlar müvafiq xəstəxanalara yerləşdiriliblər. Yay mövsümü başlanandan ilan sancması ilə əlaqədar cəmi 31 müraciət daxil olub və onlardan 30 nəfəri hospitalizasiya edilib.

Cari ilin 6 ayı ərzində uşaqlar üçün edilən çağırışların sayı 36,5, xəstəxanalara yerləşdirilənlərin sayı isə 6,3 mindən çoxdur. Pediatrik reanimasiya briqadaları tərəfindən küvez aparatlarının köməyi ilə uzaq rayonlardan gətirilən və paytaxtın doğum evlərində ağır qüsurlarla dünyaya gələn 500-ə qədər körpə Respublika Perinatal Mərkəzinə və K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna hospitalizasiya olunub