adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
07 Avqust 2017 16:08
12370
SİYASƏT
A- A+

Kosta-Rikanın Azərbaycanda səfirliyi açılıb

Avqustun 7-də Xarici İşlər Nazirliyinin (XİN) Dövlət Protokolu İdarəsinin rəisi Pərvin Mirzəzadə Kosta-Rika Respublikasının Azərbaycan Respublikasında yeni təyin olunmuş müvəqqəti işlər vəkili Jairo Lopez Bolanos ilə görüşüb.

XİN-in mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, görüşdə Jairo Lopez Bolanos müvafiq təyinatı və Kosta-Rikanın Azərbaycanda səfirliyinin açılması ilə əlaqədar olaraq xarici işlər və etiqad naziri Manuel Qonzalez Sanzın nazir Elmar Məmmədyarova ünvanladığı məktubu qarşı tərəfə təqdim edib.

Görüşdə Azərbaycan və Kosta-Rika arasında dostluq əlaqələrinin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.