adalet.az header logo
  • Bakı 20°C
07 Avqust 2017 16:01
4293
GÜNDƏM
A- A+

Səudiyyə Ərəbistanı azərbaycanlı zəvvarlardan vergi alacaq

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) həcc ziyarətinə gedən zəvvarlara vergi tətbiq olunması ilə bağlı məsələyə aydınlıq gətrib.

QMİ-dən bildirib ki, bu məsələ bir neçə il öncədən gündəmə gətirilib.

Qeyd edilib ki, iki il ümrə və həcc ziyarətinə gedən zəvvarlar yeni qərara əsasən vergi ödəyəcəklər.

"Səudiyyə Ərəbistanıhələ bir neçə il əvvəl zəvvarlara vergi tətbiq olunması məsələsini gündəmə gətirmişdi. O, dövrdə bu təklif aktual deyildi. Yeni qərara əsasən bu ildən vergi tətbiq olunacaq. İkinci dəfə Həccə gedənlər 535 dollar vergi verəcəklər. Hələlik bizdə bu barədə geniş məlumat yoxdur. Hər şey bu il vizaların verilməsindən sonra aydın olacaq”.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı hökuməti yenidən həccə getmək istəyən zəvvarlar üçün vergi tətbiq edib. 2015-ci və 2016-cı illərdə həcc ziyarətində olub və bu il də həcc ziyarətinə getmək niyyətində olanlar viza üçün 2000 rial (535 dollar) məbləğində vergi ödəməlidirlər.(azvision.az)