adalet.az header logo
  • Bakı 16°C
07 Avqust 2017 16:13
3778
HADİSƏ
A- A+

Hirkan Milli Parkında yanğın lokallaşdırılıb - Yenilənib

Son məlumata görə, Hirkan Milli Parkında baş vermiş yanğın lokallaşdırılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, yanğının tamamilə söndürülməsi istiqamətində işlər davam etdirilir.

Yanğın baş vermiş ərazi yüksək dağlıq olduğu üçün yanğının söndürülməsində texnikadan istifadə edilməsinin mümkünsüz olduğu, daha çox əl əməyindən istifadə edildiyi bildirilib.

***
(14:47)

Hirkan Milli Parkında yanğın başlayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, 07 avqust 2017-ci il tarixində saat 13:00 radələrində Hirkan Milli Parkının yüksək dağlıq ərazisində yanğın hadisəsi baş verib.

O, qeyd edib ki, yanğının söndürülməsi üçün əraziyə Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin yerli qurumlarının əməkdaşları cəlb olunub: "Yüksək dağlıq ərazidə baş verən yanğının söndürülməsi üçün mümkün olan bütün vasitələrdən, əsasən əl əməyindən istifadə edilir. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür. Ekologiya və Təbii Sərvətlər Nazirliyi havaların çox isti keçməsi ilə əlaqədar əhalini bir daha təbiətdə olarkən odla ehtiyatlı olmağa, biçin zamanı yanğın təhlükəsizliyi normalarına riayət etməyə, söndürülməmiş siqaret kötüklərini ətrafa atmamağa, yanğın təhlükəsizliyi qaydalarına əməl etməyə və xalqımızın milli sərvəti olan meşələrimizi qorumağa çağırır”.