adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
07 Avqust 2017 14:47
2889
HADİSƏ
A- A+

Zaqatalada ağır yol qəzası - 2 nəfər ölüb

Zaqatala rayonunun Bəhmətli kəndi ərazisində 2 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Adalet.az-a verilən məlumata görə, avqustun 5-də saat 4.00 radələrində Zaqatala rayonunun Bəhmətli kəndi ərazisində rayon sakini Taleh Qaracayev idarə etdiyi "VAZ-2106” markalı avtomobili yolun kənarındakı ağaca vurub.

Nəticədə sürücü hadisə yerində, sərnişini Qismət Yunusov isə xəstəxanada ölüblər.

DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.