adalet.az header logo
  • Bakı 12°C
07 Avqust 2017 14:43
4898
MƏMLƏKƏT
A- A+

Sumqayıtda məcburi köçkünlərə mənzil veriləcək

Avqustun 4-də Sumqayıt Dövlət Universitetinin İsmət Qayıbov küçəsində yerləşən tələbə yataqxanasının üçüncü mərtəbəsində yanğın baş verib.

Hadisə yerinə bir neçə yanğınsöndürən maşın cəlb edilib. İlkin araşdırma zamanı yanğının yataqxananın 3-cü mərtəbəsindəkı partlayışdan sonra başladığı məlum olub.

Fövqəladə Hallar Nazirliyi yanğın zamanı evsiz qalmış insanların müvəqqəti sığınacağı üçün ərazidə 22 ədəd çadır quraşdırıb ki, burada da 88 nəfər yerləşdirilib.

Məsələ ilə bağlı Sumqayıt şəhər icra hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Eyvaz QocayevModern.az-aaçıqlama verib.

Qurum rəsmisinin sözlərinə görə, icra başçısı Zakir Fərəcov sakinlərlə görüşdə deyib ki, ilkin olaraq 10 gün müddətində yanğın zamanı yataqxananın yararsız vəziyyətə düşmüş hissəsi əsaslı təmir olunacaq və zərərçəkmiş köçkünlər məskunlaşdıqları evlərə yığışacaqlar.

"Amma bu da yanğından zərərçəkmiş köçkünlər üçün müvəqqəti sığınacaq olacaq. Çünki, qaçqın və məcburi köçkünlər üçün şəhərin 12-ci mikrorayonunda tikilməkdə olan bina dekabrın sonuna qədər təhvil veriləcək.

Burada sığınacaq tapmış 114 ailə isə oraya köçürüləcək”.