adalet.az header logo
  • Bakı 13°C
07 Avqust 2017 14:43
9763
MƏMLƏKƏT
A- A+

Hərə bir əsgər, hər ev bir səngərdir - YENİ LAYİHƏ

Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi "Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər” (HJB) İctimai Birliyinin "Cəbhəyanı bölgələrdə müvafiq tədbirlərin təşkilinə dair təşəbbüslər" layihəsinə start verilib.

Bu haqda layihə rəhbəri - Hərbi Jurnalistlər Birliyinin sədri Tamxil Ziyəddinoğlu məlumat verib.

O, bildirib ki, avqustun 1 - dən start götürən layihənin müddəti 4 aydır. Layihə çərçivəsində Tovuz və Tərtər rayonlarına səfər təşkil olunacaq. Səfərdə cəbhəyanı bölgələrdə, xüsusən də gənclərin ziyalılarla görüşləri, eyni zamanda rayonların birində konsert proqramı nəzərdə tutulub. Layihə çərçivəsində ordum.az saytı yaradılacaq və saytda müsahibələr, yaddaşımızı təzələyən hərb tariximiz, havada, suda və quruda olacaq hərbi təlimlər və s. haqda məlumat veriləcək. Qarabağ döyüşçülərinin cəbhə xatirələri, səngər şairlərinin yaradıcılığına da Ordum.az-da geniş yer ayrılacaq.