adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
07 Avqust 2017 12:43
9488
DÜNYA
A- A+

Hərbçilər prezidentə qarşı çıxdı - Qiyam

Venesuelada bir qrup əsgər Prezident Nikolas Maduroya qarşı qiyam təşkil edib.

Maduro 20 silahlı şəxsin Valensiya şəhərindəki "Paramakay” hərbi bazasına hücum etdiyini və silah anbarına daxil olduqlarını deyib.

Prezident bu hücuma görə ABŞ və Kolumbiyanı ittiham edib.

Hökumət tərəfindən verilən açıqlamada hərbçilərdən ikisinin öldürüldüyü, 8 nəfərin saxlanıldığı bildirilib.

Qeyd edək ki, ABŞ Venesuelaya qarşı yeni sanksiyalar tətbiq edib. Vaşinqtonun sanksiyalar tətbiq etdiyi şəxslər arasında Prezident Nikolas Maduro da var.(axar.az)