adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
07 Avqust 2017 12:38
3653
GÜNDƏM
A- A+

DGK büdcəyə 1,43 milyard köçürdü

Bu ilin yanvar-iyul ayları ərzində Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 1 mlrd. 427 mln. 836,91 min manat daxil olub.

Gömrük daxilolmaları ötən ilin analoji dövrü ilə müqayisədə 245 mln. 666,99 min manat və ya 21% artıb.

Bu ilin yanvar-iyul ayları ərzində gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 382 mln. 731,24 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 981 mln. 134,04 min manat, aksizlər üzrə 45 mln. 426,6 min manat, yol vergisi üzrə isə 18 mln. 545,03 manat təşkil edib.(apa)