adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
07 Avqust 2017 11:04
3761
GÜNDƏM
A- A+

Azərbaycanda Həcc kvotası qaldırıldı

Bu il Azərbaycandan Həcc ziyarətinə 600 deyil, 900 nəfər gedəcək.

Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumata görə, 600 nəfərlik kvota müəyyənləşdirilsə də, sonradan siyahıya 300 nəfər əlavə olunub. Bu isə kvotanın 50 faiz artırılıması deməkdir.

Bu il Həcc ziyarəti üçün 3850 dollar məbləğ müəyyənləşdirilib.

Qeyd edək ki, bu il zəvvarların Həcc ziyarətinə ilk qafiləsi avqustun 24-də yola düşəcək.(report)