adalet.az header logo
  • Bakı 20°C
06 Avqust 2017 22:13
4340
GÜNDƏM
A- A+

Nazirlik evsiz sakinlər üçün çadır quraşdırır

Fövqəladə Hallar Nazirliyi (FHN) Mülki Müdafiə Qoşunları Sumqayıtda yataqxananın yanması nəticəsində evsiz qalmış sakinlər üçün çadır quraşdırır.

Bu barədə FHN-nin mətbuat ximdətinin rəhbəri Oqtay Bayramov məlumat verib.

O, sakinlər üçün 30 çadır quraşdırıldığını bildirib.

Qeyd edək ki, yanğın avqustun 4-də Sumqayıt Dövlət Universitetinin İsmət Qayıbov küçəsində yerləşən tələbə yataqxanasının üçüncü mərtəbəsində baş verib. Hadisə yerinə bir neçə yanğınsöndürən maşın cəlb edilib. İlkin araşdırma zamanı yanğının yataqxananın 3-cü mərtəbəsindəkı partlayışdan sonra başladığı məlum olub.

Hadisə zamanı 10 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Məlumata görə, binada 114 məcburi köçkün ailəsi məskunlaşıb.