adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
06 Avqust 2017 22:06
3189
HADİSƏ
A- A+

Xəzərdə batan 2 nəfər xilas edilib

Xəzər rayonunda dənizdə batan şəxs xilas edilib.

Adalet.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən bildirir ki, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Bakı şəhəri, Xəzər rayonunda 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Dərhal Xidmətin xilasediciləri vətəndaşı sudan çıxarmış və aidiyyəti üzrə təhvil verib. Əməliyyat saat 16:28-də başa çatıb.

Digər hadisə həmçinin Xəzər rayonunda baş verib.

Xəzər rayonunda 1 nəfərin dənizdə çimərkən batan şəxs xilas edilib. Əməliyyat saat 18:35-də başa çatıb.