adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
06 Avqust 2017 21:53
12990
İDMAN
A- A+

Sneyder Fransa yolunda

"Qalatasaray"la yollarını ayıran Uesli Sneyder karyerasını Fransada davam etdirə bilər.

Hollandiyalı futbolçunun xidmətində Liqa 1 təmsilçisi "Nitsa" maraqlıdı. Fransa mətbuatında yer alan məlumata görə, "qırmızı-qaralar"la 33 yaşlı futbolçu razılığa gəliblər. Sneyderin "Qalatasaray"la müqaviləsinə xitam verildiyindən, "Nitsa" hollandiyalı futbolçu üçün heç bir məbləğ ödəməyəcək.

Yarımmüdafiəçi son 5 mövsümdə "Qalatasaray"da çıxış edib. O, "sarı-qırmızılar"ın heyətində şans qazandığı 175 oyunda 45 qol, 44 qol ötürməsinə imza atıb.