adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
06 Avqust 2017 21:34
6654
İDMAN
A- A+

Verratti PSJ-də qalacaq?

"Barselona"ya keçəcəyi deyilən PSJ-nin yarımmüdafiəçisi Marko Verratti komanasını tərk etməyəcək.

Bu barədə İtaliya millisinin üzvü "Sky Sport İtalia"ya açıqlamasında məlumat verib. O, Neymarın Paris klubuna transferinin qərarına təsir etmədiyini deyib:

"Barselona"? Bu məsələ artıq geridə qalıb. Heç kimlə danışıqlar aparmamışam. PSJ-də qalacam. Bu qərara gəlməyimdə Neymarın PSJ-yə transferinin heç bir rolu olmayıb. Daha əvvəl bu barədə qərar vermişdim. Həmin vaxt Neymarın bizim kluba keçəcəyini bilmirdim".