adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
06 Avqust 2017 15:59
7522
MƏMLƏKƏT
A- A+

Bakıda Lexus-un üstünə göydən daş düşdü

Bakı sakininin avtomobilinin üstünə daş düşüb.

Adalet.az lent.az-a istinadən bildirir ki, hadisə Nəsimi rayonu Kövkəb Səfərəliyeva küçəsi 23 ünvanının qarşısında baş verib. Həmin ünvandakı binada yaşayan Həsənov Münasib Şahvələd oğlu səər saatlarında özünə məxsus "Lexus" markalı, 99 LK 919 dövlət qeydiyyat nişanlı avtomobilinə yaxınlaşarkən motorxananın qapağının üstünə iri daşın düşdüyünü görüb.

Daşın maşının üstünə təsadüfən düşməsi və ya qəsdən atılması araşdırılır.