adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
06 Avqust 2017 15:50
3809
HADİSƏ
A- A+

Bakıda gözəllik salonunda qadınlar arasında saçyoldu

Bakıda gözəllik salonunda qadınlar arasında dava-dalaş düşüb.

Adalet.az lent.az-a istinadən xəbər verir ki, Nərimanov rayonu Həsənoğlu küçəsi 14 ünvanındakı salonda 1973-cü il təvəllüdlü Xuraman Əbdürrəhimova ilə 1992-ci ildə anadan olmuş Tünzalə Şəfiyeva arasında mübahisə münaqişəyə çevrilib. Onlar bir-birlərinə xəsarətlər yetiriblər və daha sonra hadisə barədə polisə məlumat verərək şikayət ediblər.

Xuliqanlıq hadisəsi ilə bağlı araşdırma aparılır.