adalet.az header logo
  • Bakı 11°C
06 Avqust 2017 11:43
26641
KRİMİNAL
A- A+

Bakıda qadın əcnəbi kişinin başına oyun açdı

Bakıda əcnəbi ölkə vətəndaşının pulu və əşyaları oğurlanıb.

Adalet.az lent.az-a istinadən xəbər verir ki, İrlandiya vətəndaşı, 1980-ci il təvəllüdlüCeyms Entonipolisə müraciət edərək bildirib ki, tanımadığı qadın onun 300 manat pulunu, noutbukunu və mobil telefonunu oğurlayıb.

Şikayətçinin sözlərinə görə, bir neçə gün əvvəl paytaxtda bir qadınla tanış olub və daha sonra həmin qadını şəhərdən bir qədər kənarda - Şıxovda yerləşən "Green City"yə aparıb. Burada onlar cinsi əlaqədə olub və Ceym Entoni hamamda olarkən həmin qadın pulu və qiymətli əşyaları götürərək aradan çıxıb.

Müraciət əsasında araşdırma aparılır.