adalet.az header logo
  • Bakı 13°C
06 Avqust 2017 11:17
7204
DÜNYA
A- A+

Trampın oğlunun ruslarla məxfi görüşü araşdırılır

ABŞ Prezidenti Donald Trampın oğlunun Rusiya ilə əlaqələri araşdırılmağa başlayıb.

Rusiyanın ABŞ seçkilərinə müdaxiləsinə dair istintaqı icra edən prokuror Robert Müller yeni bir təhqiqat heyəti yaradıb.

Təhqiqat heyətinin əsas məqsədi Trampın oğlunun görüşdüyü rus vəkil Nataliya Veselnitskanın 2016-cı ildə təşkil etdiyi toplantı ilə bağlı daha çox məlumat və sənəd toplamaqdır.

Qeyd edək ki, bir müddət əvvəl Rusiyanın ABŞ-da prezident seçkilərinə müdaxiləsi ilə bağlı iddialar ortaya çıxıb. Bundan sonra mediada Donald Trampın oğlu Cunior Trampın rusiyalı vəkillə görüşdüyünə dair xəbərlər yayılıb.(axar.az)