adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
06 Avqust 2017 09:56
6776
SİYASƏT
A- A+

BMT Şimali Koreyaya qarşı yeni qətnamə qəbul edib

BMT Təhlükəsizlik Şurası Şimali Koreyaya qarşı yeni qətnamə qəbul edib.

Qətnamə Şimali Koreyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutur.

Məlumata görə, qətnamə KXDR-dən dəmir və dəmir filizi, qurğuşun, kömür və dəniz məhsullarının idxalına qadağa qoyulmasını nəzərdə tutur. Həmçinin, Şimali Koreyanın Xarici Ticarət Bankının hesablarının dondurulması, BMT qətnamələrini pozmuş KXDR gəmilərinin bütün ölkələrin limanlarına girişinə, bu ölkənin şirkətləri ilə birgə müəssisələrin yaradılmasına və Şimali Koreyadan olan işçilərin sayının artırılmasına qadağa qoyulması, habelə digər sanksiyalar nəzərdə tutulur.(modern.az)