adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
05 Avqust 2017 22:26
5237
HADİSƏ
A- A+

Dənizdə batan şəxs xilas edilib

Sabunçuda dənizdə batan şəxs xilas edilib. Fövqəladə Hallar Nazirliyindən Adalet.az-a verilən məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə, Bakı şəhəri, Sabunçu rayonunda 1 nəfərin dənizdə çimərkən batma təhlükəsilə üzləşməsi barədə məlumat daxil olub.

Dərhal Xidmətin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıblar. Əməliyyat saat 18:28-də başa çatıb.