adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
05 Avqust 2017 21:53
6668
GÜNDƏM
A- A+

Azərbaycanda yeni dövlət müfəttişliyi yaradılır

Azərbaycanda Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi qeydiyyata alınacaq.

Trend-in məlumatına görə, bu barədə Nazirlər Kabinetinin müvafiq qərarında deyilir.

Müfəttişlik Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının tabeliyində fəaliyyət göstərəcək.

Qərara əsasən, yeni yaradılacaq qurumun nizamnamə fondu bir milyon manat, ştat tərkibi 62 nəfərdən ibarət olaraq müəyyən edilib.

Nizamnamə fondunun formalaşdırılması dövlət büdcəsinin ehtiyat fondundan ayrılacaq.