adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
05 Avqust 2017 17:35
11602
SİYASƏT
A- A+

Oqtay Əsədov İran prezidentinin andiçməsində iştirak edib

Tehran. Fərhad Daneşvər, Mehdi Sepahvənd - Trend:

Tehranda parlament binasında İran prezidenti Həsən Ruhaninin inauqurasiyası keçirilib.

Trend-in məlumatına görə, rəsmi mərasimdə H.Ruhani parlament üzvləri, siyasətçilər və xarici qonaqlar qarşısında and içib. Bu gün eyni zamanda, İran prezidentinin yeni hökumətin tərkibini təqdim edəcəyi də gözlənilir.

H.Ruhaninin inauqurasiyasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə, eləcə də Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun başçılıq etdiyi parlament nümayəndə heyəti də iştirak edib.

Qeyd edək ki, H.Ruhani may ayında İranda keçirilən prezident seçkilərində növbəti dəfə qalib gəlib.