adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
05 Avqust 2017 00:24
5217
GÜNDƏM
A- A+

BALAKƏN: SOSİAL-İQTİSADİ İNKİŞAFIN VƏ MÜASİRLƏŞMƏNİN YENİ İSTİQAMƏTLƏRİ

2017-ci ilin birinci yarısı geridə qaldı. Aparılan uğurlu daxili və xarici siyasət nəticəsində respublikamız iqtisadi inkişafı və sabitliyi qoruya bilmiş, bu istiqamətlərdə stabillik davam etmişdir. İstənilən regionda aparılan işlərə diqqət yetirib nəticələrə baxdıqda real vəziyyət və perspektiv daha aydın görünür. Balakən rayonunda da belədir. Bir faktın özü elə bu ucqar sərhəd rayonumuzun inkişafını şərtləndirə bilər. Son 10-15 ilin göstəriciləri və yüksək səviyyəli müasirləşmə öz müqayisələri ilə inanılmaz tərəqqinin təsdiqidir. Bu haqda bizim çox söhbətlərimiz olubdur.
Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev qazanılan uğurların başlıca səbəblərindən biri kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müstəsna qayğı və diqqətini əsas gətirir. Prezidentin qayğısı ən vacib istiqamətlərdə vətəndaşlara həmişə böyük sevinclər bəxş edir.
Balakən rayonunda 2017-ci ilin birinci yarısına yekun vurularkən bütün bunlar barədə daha geniş söhbət getmişdir. Eyni zamanda ötən müddət ərzində görülən işlər və qarşıda duran vəzifələrdən danışılmışdır. Qeyd olunmuşdur ki, rayonda baramaçılığın, tütünçülüyün və fındıqçılığın inkişaf etdirilməsi sahəsində qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi məqsədi ilə ardıcıl işlər aparılmış, Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən komissiya tərəfindən fermerlərin, torpaq mülkiyyətçilərinin kənd təsərrüfatı işləri ilə bağlı problemləri vaxtında öyrənilmiş və onların texnikaya, mineral gübrələrə, pestisidlərə olan tələbatlarının ödənilməsinə lazımı köməklik göstərilmişdir. İlin əvvəlindən etibarən barama və tütün istehsal edəcək, eləcə də yeni fındıq bağları salacaq istehsalçılar müəyyən edilmiş, əkin aparılacaq sahələr müəyyənləşdirilmiş və şumlanaraq tütün, fındıq və digər kənd təsərrüfatı bitkilərinin əkilməsi təmin edilmişdir.
Cari ildə rayonda barama istehsal edilməsi məqsədilə 250 qutu ipəkqurdu gətirilərək 115 istehsalçıya paylanılmışdır. Nəticədə 11,5 ton barama istehsal olunmuşdur ki, bu da keçən ilə nisbətən 3,7 dəfə çoxdur. Son illərdə baramaçılığın yem bazasının yaxşılaşdırılması üçün 100 min ədəd yeni tut tinglərinin əkilməsi təmin olunmuşdur. Həmçinin, mövcud tut ağaclarının inventarizasiyası aparılmış, məhsuldarlığın artırılması üçün tədbirlər görülmüşdür.
Ötən dövr ərzində tütünçülüyün inkişaf etdirilməsi ilə bağlı tütün əkiləcək torpaq sahələri və istehsalçılar müəyyən edilmiş, şitil ehtiyatının yaradılması üçün istixanalar hazırlanmış, həmçinin, emal müəssisələri olan "İntertabacco" MMC və "İlham" MMC ilə müqavilələrin bağlanması təmin edilmişdir. 241 ha sahədə Virciniya, 8 ha sahədə Berley və 279 ha sahədə isə İtiyarpaq növ olmaqla cəmi 528 ha sahədə tütün əkilmişdir. Tütün əkilmiş sahələrin becərilməsi, suvarılması, istehsalçıların texnikaya, mineral gübrələrə olan tələbatının ödənilməsi, həmçinin, sahələrdə bitki xəstəliklərinə və zərərvericilərə qarşı mübarizə aparılması üçün tədbirlər görülmüşdür. Hazırda təsərrüfatlarda tütün qırımı davam etdirilir.
Hesabat dövründə "Pambıq və tütün istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına subsidiyanın verilməsi Qaydası"na uyğun olaraq 19 tütün istehsalçısına emal müəssisələrinə satdıqları yaş və quru tütünün miqdarına görə 4385,47 manat, 6 istehsalçıya 2016-cı ilin təkrar əkinlərinə görə 3784 manat vəsaitin ödənilməsi təmin edilmişdir.
Rayonda fındıqçılığın inkişaf etdirilməsi sahəsində yeni bağlar salınması məqsədi ilə dövlət, bələdiyyə və xüsüsi mülkiyyətdə olan torpaq sahələri müəyyənləşdirilmiş, 2264,2 ha sahədə yeni fındıq bağları salınmışdır ki, onun da 662 hektarı cari ildə salınan bağlardır. Yeni salınmış fındıq bağlarının 1405.5 hektarı xüsusi, 509 hektarı bələdiyyə, 349.5 hektarı dövlət mülkiyyəti torpaqlarıdır.
RİH-nin müvafiq komissiyası və kənd təsərrüfatı idarəsi mülkiyyətçilərlə birlikdə salınan bağlara aqrotexniki qulluğun vəziyyətini öyrənməli, qurumuş ağacların payız aylarında yenilənməsini təmin etməlidirlər.
Rayonda bitkiçiliklə yanaşı heyvandarlığın da inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılmış, heyvandarlıq məhsullarının istehsalının artırılması üçün müvafiq işlər görülmüşdür. 01 iyul vəziyyətinə iribuynuzlu mal-qaranın sayı 36515 başa, ana malın sayı 17848 başa, xırdabuynuzlu malın sayı 36335 başa çatmış, heyvandarlıq məhsullarının istehsalında artım müşahidə olunmuşdur.
Qeyd etmək lazımdır ki, meyvəçilik məhsullarının, əsasən də xurmanın qurudulması üçün Katex kəndində "Balxurma" MMC-nin fəaliyyətə başlaması xurma məhsullarının satışında uzun illər mövcüd olan problemlərin həllinə müsbət təsir göstərəcəkdir.

(ardı gələn sayımızda)