adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
05 Avqust 2017 10:51
6133
HADİSƏ
A- A+

Təcili tibbi yardım maşını qəzaya düşdü - Gəncədə

Gəncədə iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Adalet.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin İsmət Qayıbov küçəsində qeydə alınıb. Belə ki, "VAZ-21015" markalı avtomobillə "Mercedes-Benz" markalı təcili tibbi yardım maşını toqquşub.

Qəza zamanı xəsarət alan olmayıb. Buna baxmayaraq, maşınlara ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.