adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
05 Avqust 2017 09:55
8207
MƏMLƏKƏT
A- A+

Bu gün havadan ehtiyatlı olun - XƏBƏRDARLIQ

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

Qurumdan verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında avqustun 5-dən birinci ongünlüyün sonunadək havanın maksimal temperaturunun 35-39, bəzi günlərdə 41 dərəcə isti olacağı gözlənilir.


Azərbaycanın rayonlarında avqustun 5-dən birinci ongünlüyün sonunadək hava şəraitinin isti olacağı, havanın maksimal temperaturunun 35-40, bəzi günlərdə Naxçıvan MR-da və Mərkəzi-Aran rayonlarında 43, dağlıq rayonlarda isə 29-34 dərəcə isti olacağı gözlənilir.