adalet.az header logo
  • Bakı 21°C

ÜZƏ ÇIXAN ÜZLƏR

ƏBÜLFƏT MƏDƏTOĞLU
72991 | 2017-08-04 16:35

İndi yazacağım yazı öz həyatımdı,öz yaşadıqlarımdı, özümün yaşadığım və iştirakçısı olduqlarımdı. Ona görə də yazıbir az əsəbi də, sərt də alına bilər. Bəri başdan üzr istəyirəm. Kim bu üzrü qəbuledəcəksə, minnətdaram. Etməyənin də canı sağ olsun. Deməli belə…

Doğulduğum tarixibarmaqhesabı sayanda ilin sonunda 59 gəlib tamam olacaq. Və bu 59 ilin içində mən eləbilirdim ki, insanların bir sifəti var, uzağı iki sifəti. Amma indi görürəm ki,yox, yanılmışam. Riyazi hesablama apara bilməmişəm. Burda da günah riyaziyyat müəllimimdə deyil. Allah Hüsən müəllimə rəhmət eləsin! O rəhmətlikriyaziyyatın az qala peyğəmbəriydi. Onun dərs dediyi uşaqlar ali məktəblərdə riyaziyyatdanqəbul vaxtı ən azı «4» almasaydı, kəndə qayıdanda Hüsən müəllimin gözünə görünmürdü.Rəhmətlik həm də şair ruhluydu. Əl boyda bir kitabı da qalıb. Bax, bu səbəbdən məndə riyaziyyatdan özüm özümü çəkib çıxara bilirdim. Vurma cədvəlini indi də deyəbilərəm, bəzi tərifləri də. Necə deyərlər, sinius, kosinus yadımdan çıxmayıb. Ammanə təhər olub sifətləri saya bilməmişəm, bunu hələ də bir tərəfə yozub çıxarmağagücüm çatmır. İndi anlayıram ki, Yer üzündə olan bütün insanların topasının ayrı-ayrılıqdasifətlərini ən azı üç sifətə vursaq, görün bunə boyda rəqəm edir.Üstəlik, mənim gördüyüm, mənim çevrəmdə olan burdakı insanların sifətiylə üst-üstəgəlsək və yaxud bir-birinə vursaq, ən azı, ən azı Bakıdakı insanların sayı qədərsifət çıxacaq ortaya. İlahi, o qədər sifəti insanlara necə vermisən? İlahi, adamdeyib yaratdığın, kişi, qadın cinsinə böldüyün, qız, oğlan deyib dünyaya gətirdiyinbir insanlara nə qədər sifət vermisən?Yoxsa bu insanlar çayırdılar, bunlar pərpətöyün toxumudular? Bir dəqiqənin içərisindəsifətləri artır, çoxalır. İnanmıram ki, hansısa laboratoriyada bu qədər sifətliinsanı yetişdirmək, kəşf etmək mümkün olsun. Sən demə,bumümkün imiş. Şəxsən mən bunu gördüm, şahidi oldum…

Keçmişin söhbətini etmirəm…heç gələcəkdən də danışmıram… bu gündən danışıram… bu günün hadisəsini, faktınısərgiləyirəm. Lap dəqiqi, ev məsələsinə qayıdıram, onu yazımın mərkəzinə gətirirəm.Deməli, mənə ev veriləndən bu günə qədər gözümün qabağına sifətlər gəldi - məsum,doğma, səmimi sifətlər.  İlahi, hamısı mənimüçün nə qədər doğma idi, əziz idi. Hamısı üçün özümü doğma bilirdim, ailə sayırdım.Və düşünürdüm ki, bu dünyada bizi bölüşəcəyimiz sevgidən, səmimiyyətdən, diqqətdənbaşqa heç nəyimiz yoxdu. Allah bizi bir araya gətirib ki, bir-birimizin yanındaolaq, bir-birimizə dayaq olaq, bir-birimizə kömək edək, bir-birimizin sevincinə,kədərinə şərik olub sevincini artıraq, kədərini azaldaq. Amma sən demə, biz biryerə yığışmışıq ki, bir-birimizin sevincini kədərə çevirək… bir-birimizin göz yaşınaöz gülüşümüzü qataq, onu ironiyayla, məsxərəylə gözdən salaq.

İlahi, mən bəndənin günahından keç, amma bu dediklərim, bu yazdıqlarımkim də bilməsə sən bilirsən ki, gerçəklikdi, reallıqdı. Buna sən şahidsən!Vəsən onu da bilirsən ki, kimsənin haqqında gözüm yoxdu, kimsənin mülkündə nəfsimyoxdu… kimsənin qazancında şəriklik iddiam olmayıb və olmayacaq da.

Mən səndən kəndimi istəmişəm,torpağımı istəmişəm, evimi istəmişəm!..

Mən səndən getməyə, görməyə,gəzməyə yer istəmişəm!

Mən səndən ürəyimə səpdiyinsevginin göyərməsini istəmişəm!

Və bir də mən səndən ruzi-bərəkət,sağlam can istəmişəm!!!

Bax, bu istəklərin önündədoğma bildiklərimdən qarğış eşitmək, ürəyimi açdıqlarımdan küfr eşitmək və nəhayət,bu qədər sifətləri görmək istəməmişdim axı. Niyə doğradın bütün ümidlərimi? Niyəalt-üst etdin içimi? Niyə cəzalandırdın məni? Nə idi günahım? Bu sifətlərə güvənməyimmi?Bu sifətlərə isnişməyimmi? Bəlkə bu sifətləri doğma bilməyimmi?

Bağışla Allahım, sənə suallar ünvanladım. Amma neyləyim, bacara bilmirəm.Gördükcə, o yaltaq səsləri eşitdikcə, o riyakar gülüşləri müşahidə etdikcə içimqaralır. İnsan olduğuma, insan yarandığıma asi oluram. Amma bir tutalqamvar, bir ümid yerimvar. O da olmasa çətin ki, ayaqda dura biləydim. Çətin ki, bu yazını yaza biləydim.O da öncə dediyim sənin şəfqətlə verdiyin sevgidi. Mən onun işığında ayaqdayam,mən onun işığında görürəm o sifətləri. Və sənə də şükr edə-edə elə bu şeiri pıçıldayıram.

 

Üzümə bu qapını

Sən açmadın, bağladın…

Ürəyindən ömürlük

Məsafədə saxladın-

Məni…

 

Sözümü-söhbətimi

Yuyub, sərib bağladın…

Gizlində xiffətimi çəkib

səssiz ağladın-

Məni…

 

Həsrətimə naz satıb

Ürəyimi dağladın…

Gizli adla yazdığım

Statusda tağladın-

Məni!..

 

*** 

 

Bəli, bura qədər yazdığımfikirlərim əsəbi əllərimi titirətsə də, özümü toparlamağa çalışıram. Çünki  nələr çəkdiyimi kimlərinsə görməsi məni bir azda əsəbləşdirir. Hiss edirəm ki, bu əsəbiliyiözümə,sözümə transfer etdikcə mənim sözüm də böyüyür özüm kimi. Böyüyən sözün ayağı yüyrəkolur,çaparaqözünü çatdırır hər yerə. Ona görə də böyüyən sözdən ehtiyatlanmağa çalışıram, qorunmağacəhd edirəm. Lakin indiki anda bacarmıram. Hətta bütün düşüncələrimi bölüşdüyümvə bu yazını da bilgisayarda yazan Gülər xanım da həmin o əsəbilikdən hərdən haldançıxır. Onu da başa düşürəm, onu da anlayıram. O da bu məmləkətin, bu camiyənin birnümayəndəsidi. O da görür, o da öz işində saf-çürük edir və kimin hara qədər haqlıolduğunu öz ölçüləriylə qiymətləndirir. Mən heç kimin,buanda barəsində danışdığım Gülər xanımın da verdiyi qiymətə etiraz etmirəm. Çünkibu,onunqərarıdı, onun çıxardığı nəticədi. Mənim etirazım haqsızın haqlı kimi çıxış etməsinədi.Özü öz quyusunu qazanın başqasına quyu arzu etməsidi. Özü-özünü məhv edənin başqasınıda özüylə cəhənnəmə aparmaq istəyidi. Bəlkə də bu adamlar cəhənnəmə yoldaşlı getməkistəyirlər. Amma unudurlar ki, yoldaşlıq çox məqamlarda üst-üstə düşən əlamətlərləformalaşır. Həryanaşı dayandığın, hərbirgə addımladığın yoldaş olmur. Yoldaşlığıno qədər şərtləri var ki, onun imtahanından keçmək hünər  istəyir. Çox təəssüf ki, mən bunu indi dərk edirəm,  özü də 59 yaşın qapısının ağzında. Eybi yox, gecolsa da mənə bu həyat sifətləri göstərməklə özünü da tanıtdı. Özünün də kimliyinigöstərdi. Nə isə…

Bütün insanlar ünsiyyətlə,səmimiyyətlə, eləcə də dişlə-dırnaqla yaşam haqqı qazanır, yaşamağa çalışır. O yerdəki, ünsiyyət, səmimiyyət hakim olur, həmin yerdə çörəyi də, duzu da, suyu da, həttahavanı da bölüşmək çox rahatdı. Və bundan hər kəs öz payını utanmadan, çəkinmədən,sıxılmadan götürür. Amma o yerdə ki, mələk cildli insan adını daşıyanlar ortalığıbulandırır, onda bərəkət də qaçır, ünsiyyət də, səmimiyyət də. Hamı canavar kimi göz-gözə, ağız-ağıza dayanır. Heç kimbir-birinə arxa çevirmir, heç kim bir-birinə sirr vermir. Çünki bu dəryada hamıözünü üzgüçü sayır… hamı əl-qol atır… Amma dəryanın dibi həm dərindi, həm də lığlıdı.Batdınsa, heç dalğıc da səni çıxara bilməyəcək. Ümid qalacaq… Nəyə, onu özünüz bilirsiniz.

Elə bu yerdəcə sifətləri,üzə bilməyənləri dənizdən, sudan, paklıqdan uzaq tuturam. Heyfim gəlir dənizə də,suya da. İstəmirəm onların kölgəsi düşsün suyun üzünə. Suyun üzü korlanar… suyunüzü onların üzünü köçürə bilər özünə. Allah eləməsin, belə bir şey baş versə, ondadünyanın sonunun ovuc içində olduğuna şübhə etməyəcəm. Yəqin başa düşdünüz də məni.Bildiniz ki, söhbət bir adamın milyon sifətinin bir damlada görünməsindən gedir.İndi o damla nə boyda zəhər tuluğudu, zəhərdi. Bunu gürzəyə də vursan onu da öldürər.O ki, qaldı insan ola!..

Yavaş-yavaş özümə qayıtmağa,özümə dönməyə çalışıram. Burda da əlimdən tutan Sevgidi, mənə Sevinc olan Sevgidi!Allahımın verdiyi, Allahımın ürəyimdə böyütdüyü Sevgi!Mən də elə o sevgiyə üz tutaram və yazıram ki:

 

Tanrıdan istədiyim

Dinclikdi ürəyinə…

Bu dinclik sevgi qatsın–

Duzuna, çörəyinə!..

 

Tanrıdan istədiyim

Təbəssümdü gözünə…

Bizim olan dünyanı-

Sən cənnət bil özünə!

 

Tanrıdan istədiyim

Xəyalında olandı…

Bu istəklə sən məni-

Yar, başına dolandır!

 

Elə buradaca ağlımın ucundangəlib keçir ki, bəlkə bu sifətlərə göz yumum, görməyim onları? Amma ağlımın ucundangəlib keçənə özüm də gülürəm. Axı, görməmək, duymamaq mümkünsüzdü. Onda gərək Allahbəndəsi yox, nə bilim nə olasan. Ən pis halda elə həmin sifətlərdən biri!.. Bunuisə heç kimə arzu etmirəm. Necə deyərlər, mən çəkdiyimi çəkirəm, siz çəkməyin. Əvəzindəgəlin sizə, daha doğrusu, içimdəki sevgimə yazdığım bu misraları dinləyin. Sizində, mənim də ovqatım üçündü bu misralar.

 

Oturmuşam göy üzü

Kölgə salıb üstümə…

Bu gecə göy özü də-

Bələnibdi tüstümə!..

 

Alın yazım simsinmək

Nəyə lazım küsünmək…

Üşüsən də isinmək-

İstəmirsən istimə!..

 

Can yandıran bu «ah»dan

Keçib daha günahdan…

Mənə sənsiz Allahdan-

Yaxşı heç nə istəmə!..

 

*** 

 

Bütün yazı boyu həmin oson bir ayda yaşadıqlarımı təkrar yaşadım. Təkrar hər kəsin səsi, üzü-gözü mənimləbirlikdə oldu. Bir də eşitdim, bir də gördüm və bir də anladım ki, sevinmək əvəzinə,sevincimiöldürmək istəyənlər elə həmin o biçimdə, həmin o görkəmdə, həmin o əxlaqda gəzirlər, dolaşırlar.Elə bil ki, heç nə olmayıb, elə bil ki, heç nə baş verməyib və yaxud da elə belədə olmalıymış… Qoy elə də bilsinlər, qoy elə də düşünsünlər, qoy elə də yaşasınlar.

Mən həmişə əlimi Allahaaçanda bir alqışım, bir qarğışım olub. Tək bircə dənə:

- ALLAH HƏR KƏSƏ ÜRƏYİNƏGÖRƏ VERSİN!!!

Mən hər gün, olmasaən azı iki gündən bir hər kəsin ürəyinə görə mükafatlandırıldığınıeşidirəm, görürəm. Kimsə büdrəyir, kimsə uğur qazanır, kimsə yıxılır, kimsə gül-çiçəyəbürünür. Bütün bunlar məhz Allahın həmin o ürəyə görə verdikləridi. Mən də ürəyiməgörə aldıqlarıma həmişə şükr etmişəm – kədərinə də, sevincinə də! Ən çox şükranlığımürəyimədi… ürəyimdəki sevgiyədi. Bundanböyük mükafat dünyada yoxdu və yəqin ki, olmayacaq da. Təbii ki, mənim payımdan gedir söhbət, mənim haqqımdan.Mənsevməyi, sevgini yaşamağı bacarıram. Burda da yardımçı həmin o sevgini mənə verənAllahdı. Allah mənə hər kəsə, hər sifətə dözmək üçün məhz sevgi veribdi. Elə o sevgiylədə bütün sifətləri rus Sovet şairi Mayakovskinin təbirincə desək, «rədd olsun cəhənnəmə...dalıncabirqara daş!» deyərək, sevgiylə yaşayıramvə yaşayacam da. Və sonda da yenə sevgidən deyəcəm sizə:

 

Hər günümdə bir damla

Yaş kiprikdə üzərlik…

Gözlərimdə qorunur-

Yar, səndəki gözəllik!

 

Qarşımda dayanmağın

Xoşbəxtliyi ölçüsüz…

Könlümdəki arzunu-

Qoy mən deyim elçisiz!

 

Sarıl mənə, sən elə -

Sarıl ki, biz tam olaq!

İkimiz bir doğulmuş-

Bütöv bir adam olaq!..

P.S. Biz bu tamlığı öz sifətimizlə,sevgimizlə, sevincimizlə yaşayaq. Sizə dəbunu arzu edirəm, çeşidli sifət sahibləri!!!Sizitəklikdən ancaq bu xilas edə bilər, bu qurtara bilər.

 

 

 

 

 

 

TƏQVİM / ARXİV