adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
04 Avqust 2017 16:26
15519
ŞOU-BİZNES
A- A+

Soyunmağa yer tapmadı və...

Tanınmış amerikalı aktrisa, "Modern Family" serialındakı rolundan sonra daha da populyarlaşan Sofiya Verqara "Women's Health" jurnalı üçün çılpaq fotosessiyaya çəkilib.

Əslən Kolumbiyadan olan aktrisa son dəfə 1997-ci ildə ABŞ-ın Florida ştatında belə fotosessiyaya qatılmışdı.

Jurnal üçün fotosessiyaya çəkilməklə yanaşı, S.Verqara müsahibə də verib.

"Kamera qarşısına çılpaq keçməkdən çəkinmirəm. Əksinə, qürrələnirəm. Qarşınızda vücudunu göstərməkdən çəkinməyən 45 yaşlı qadın var. Amma onu da deyim ki, idmanla məşğul olmağı, fitnesi sevmirəm. Bütün bunlar mənimçün, sadəcə, işgəncədir. Ərim Co evimizdə kiçik idman zalı inşa edib. Ona görə seçimim yoxdur, idman etmək məcburiyyətindəyəm", - S.Verqara söyləyib.

Aktrisanın sözlərinə görə, yaşından gənc görünməyə çalışmır: "Əgər qadın yaşını gizlətməyə, daha cavan görünməyə çalışırsa, tədricən ağlını itirir".

S.Verqara daha sonra bildirib ki, aktyor Co Manqanyello ilə nikahda bəxtəvərdir.