HƏR BİR ƏSGƏR ÜRƏYİM

FAİQ QİSMƏTOĞLU
76165 | 2017-08-04 12:56

Bu günlərdə "Azərbaycan" qəzetində onun baş redaktoru, millətvəkili, istedadlı publisist və yazar, hörmətli Bəxtiyar Sadıqovun çox maraqlıbir yazısını oxudum. Və yazının da sərlövhəsi belə adlanırdı: "Hər bir əsgərbalamdı, hər bir şəhid yaramdı...".

Bu yazını oxuyanda istər-istəməz qəlbimdən və ürəyimdən çox şeylərkeçdi. Bir anlıq  əsgər analarının, şəhidvalideynlərinin yanında özümü hiss elədim... bir anlıq onların çiynində nə qədərböyük yük olduğunu bir daha dərindən duydum... bir anlıq anladım ki, Azərbaycanəsgərini və Azərbaycan şəhidini sevməmək və hörmət etməmək daşürəkli insanlaraməxsusdur!..

İstedadlı qələm sahibi Bəxtiyar Sadıqovun hər bir yazısı orijinallığı,dil və üslub xüsusiyyəti, bədii dəyəri ilə seçilir. Ən azından ona görə ki, BəxtiyarSadıqov nə yazırsa, hansı mövzunu qələmə alırsa, onu ürəyinin səsiylə və qəlbininatəşiylə araya-ərsəyə gətirir. Azərbaycan mətbuatında baş redaktorlar arasındamüəllif yazısı qələmə alanlar o qədər də çox deyil. Yəni onları barmaqla saymaqolar. Və "Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili BəxtiyarSadıqov da barmaqla sayılası, yazı qələmə alan baş redaktorlardandı. Onlararasında iki yazarın - millət vəkili Aqil Abbasın və bir də millət vəkili BəxtiyarSadıqovun yazılarını böyük həvəslə oxuyuram. O yazıların birinci cümləsi adamıelə bir aləmə aparır ki, bir də gözünü açıb görürsən yazını oxuyub başaçatdırmısan. Bu da hər iki müəllifin böyük istedadından və bədii üslubununşirinliyindən yaranır...

Elə mənə bu mövzunu da qələmə almağa "Azərbaycan" qəzetininbaş redaktoru, millət vəkili Bəxtiyar Sadıqovun yuxarıda adını çəkdiyim yazısıruhlandırdı. Əlbəttə, vətənpərvərlik mövzusunda yazı qələmə almaq, onu araya-ərsəyəgətirmək və oxucuya sevdirmək o qədər də asan deyil. Bunun üçün sənin özününböyük ürəyin, Vətən sevgin və ən nəhayət, şirin yazı üslubun olmalıdır. Bumövzuda o qədər yazılar qələmə alınıb ki, saymaqla qurtarmaq olmaz. Ancaqoxunan yazılar və yaddaqalan anlar yəqin ki, o qədər də çox deyil. Hər bir yazıistər-istəməz oxucunun ürəyində bir sevgi, bir məhəbbət və bir istəkyaratmalıdı. Əgər bu istək, bu məhəbbət, bu sevgi yaranırsa, deməli, müəllifistəyinə çata bilir...

Bir az yekəlik çıxmasın, deyim ki, Qarabağ müharibəsinin  başladığı ilk günlərdən mən Azərbaycan əsgərinin,döyüşən oğulların, onların səngərdə hansı anlar yaşadığının şahidi olmuşam.Şahidi olmuşam ki, Azərbaycan əsgəri döyüşdə yaralanıb, onu həkimlər xəstəxanadayatandan sonra evə buraxıblar, ancaq o, evə yox, yenidən səngərə vəsilahdaşların yanına qayıdıb. O, şəhid olub və Azərbaycan tarixinə qızıl hərflərləadını yazıb!

Biz Azərbaycan yolunda, Qarabağ döyüşlərində, hörmətli BəxtiyarSadıqovun  yazısında qeyd edildiyi kimi,20 mindən çox şəhid vermişik. Və bu şəhidlər bu torpağın, bu yurdun, bu Vətəninhər qarış torpağını döyüşərkən öz qanlarıyla suvarıblar. O yerlərdə bitən lalələrdə, güllər də, çiçəklər də şəhid qanından qida alıb və böyüyüb. Və bu lalələr,bu güllər hər an, hər dəqiqə o torpaq uğrunda şəhid olanları bizə xatırladır...

Mən tez-tez doğma yurduma - Füzuliyə gedirəm. Bir ay ora getməyəndə,balalarımı, nəvələrimi görməyəndə ürəyim partlayır: ya onları yuxumda görürəm,ya da hiss edirəm ki, bir az  ləngimişəm.Vaxt tapan kimi yenidən Füzuliyə - Horadizə gedirəm. Horadizlə işğal olunmuştorpaqlarımız arasındakı məsafə o qədər də uzaq deyil. Lələtəpə  Horadizin bir-iki kilometrliyində yerləşir. Vəbu gün Lələtəpədə Azərbaycan bayrağı dalğalanır və orada Azərbaycan əsgəridöyüş mövqeyində dayanaraq yaşayış məntəqələrimizi erməni yağılarından qoruyur.Və orda yağı düşməndən qorxmayan şir biləkli, pələng ürəkli Azərbaycan əsgəridayanır! Və bu Azərbaycan əsgərinin orda olduğunu bilən Horadiz sakinləri və mənimövladlarım çox rahat, çox sakit şəhərdə yaşayır və işləyir. Bu isə o deməkdirki, Azərbaycan Prezidenti İlham Əliyev cənabları dövlətin və xalqın təhlükəsizliyiüçün bütün təhlükəsizlik tədbirlərini yüksək səviyyədə həyata keçirir vəordumuz da var qüvvəsiylə  insanları, dövləti yağılardan qoruyur...

Mənim iki nəvəm var: Tunar və Sədaqət. Onlar hər ikisi Horadiz şəhərindəvə yaxınlıqda xidmət edən "N” saylı hərbi hissənin əsgərlərinə məktub yazıblar.Və o məktubları oxuyanda inanın, mənim tüklərim biz-biz olur. Və sevinirəm ki,indi böyüyən uşaqlar, gələcəkdə həyata qədəm qoyacaq balalarımız Vətəni necəböyük məhəbbətlə sevirlər. Vətənin hər daşı, hər gülü, hər çiçəyi, hər otuonlar üçün çox əzizdir. Əsgərə yazılan məktubdan bir neçə sətri oxucuların diqqətinəçatdırmaq istəyirəm: "...Mənim əsgər qardaşlarım, siz yayın istisində, qışınsoyuğunda səngərdə durub bizi qoruyursunuz! Siz olmasanız biz bir saat, bir günHoradizdə rahat yaşaya bilmərik. Düzdü, hərdən biz güllə, mərmi səsi eşidirik!Amma ürəyimiz buz kimi arxayın olur və o güllə, mərmi səsindən qorxmuruq. Çünkisizin kimi qardaşlarımız bir neçə dəqiqənin içərisində erməniləri susdurur vətam sakitlik yaranır. Bizim əsgər qardaşımız, səni atam qədər, dədəm qədər çoxistəyirik. Çünki sən bizə atamız, dədəmiz qədər yaxınsan. Sən bizim yolumuzda həran döyüşməyə və şəhid olmağa hazırsan! Biz sənin alnından öpürük və "Allahsizin kimi oğulları qorusun!” - deyirik. Biz deyirik ki,  bu cür igid oğulları olan Vətən heç vaxtbasılmaz!!!"

Bax, budur vətən sevgisi... bax, budur vətənpərvərlik! Aprel döyüşlərində  mənim hər iki nəvəm Horadizi tərk eləməmişdivə mən də onların yanındaydım. Çünki onlar görürdü ki, ölkə Prezidenti və AzərbaycanOrdusu Horadizdə yaşayan insanların təhlükəsizliyini çox yüksək səviyyədə təminetmişdilər. Həmin anlarda bir nəfərbelə Horadiz sakini şəhərdən çıxmadı və Lələtəpənin azad olunması sevinciniyaşadılar!..

Azərbaycan əsgəri gələndəhamımız ayağa qalxmalıyıq! Şəhid Azərbaycan əsgərinin adını eşidəndə dik durmalıyıq! Onların özlərini və övladlarınısevməliyik ki, bu vətən də bizə arxa olsun! Çünki əsgərsiz və şəhidsiz Vətəntez basılar, tez işğal olunar. Azərbaycan əsgərinə, şəhid ailəsinə kəm gözləbaxanın iki gözünü iki barmağımızla basıb çıxarmalıyıq! Hərçənd ki, bu cürnankor məmurlar da var və bəzən şəhid ailəsi onların yanına gedəndə kobud rəftaredir, hətta utanıb-qızarmadan deyir: "Sizin övladınızı mən göndərmişəm cəbhəyə?Gedin, kim göndərib, o da dərdinizə çarə qılsın...". Bu cür nadürüstlər nəyaxşı ki, tək-tükdü. Və bu cür nadürüstlərə bu Vətəndə yer yoxdu və heç vaxtolmayacaq!

Hörmətli Bəxtiyar müəllim!Sizin o gözəl yazınızdan bəhrələnib bu cızma-qaranı qələmə aldım. Siz Allah,sizdən bəhrələndiyimə görə halallıq verin! Çünki hər şeydə halallıq olanda,sevgi, məhəbbət olanda o, daha gözəl və şirin olur. Düşünürəm ki, bu halallıqvarsa, dünyada nizam-tərəzi heç vaxt pozulmur.

Allah-Təala Azərbaycan əsgəriniqorusun və bu vətən uğrunda şəhid olan oğullarımızın ruhunu şad eləsin! Bəxtiyarmüəllimin təbirincə demiş olsaq, onların qisası tezliklə alınacaq. Buna lap azqalıb!..

TƏQVİM / ARXİV